Mektebgushesi

Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA üzvlüyünə seçkilərin nəticələri- AÇIQLANDI

AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elm və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdür. AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında aşağıdakı alimlər AMEA-nın həqiqi və müxbir üzvü seçilmişlər: AMEA-nın həqiqi üzvləri   Soyadı, adı, atasının adı İxtisas 1 Məmmədov Yusif […]

Xavər Qədirova: Şamaxi rayon Quşçu kənd orta məktəbi 1995-2016-cı illər-TƏHLİL

Ailənin, kəndin, şəhərin , hər bir bölgənin, ən nəhayət bütövlükdə olkənin inkişafı təhsil ilə sıx bağlıdır.  Təəssüflər olsun ki, bu gün təhsilimizin inkişaf  səviyyəsi xüsusilə, bəzi kənd məktəblərimizdə ürəkaçan vəziyyətdə deyil.  Bu yaxınlarda Dövlət İmtahan Mərkəzi ( DİM )  100-ə yaxın məktəbin məzunlarının ali məktəblərə  qəbul imtahanlarında  iştirak etmədikləri açıqlamasını verdi. Bəzi  rayon mərkəzinə yaxın […]

Azərbaycan Texniki Universitetinin vyetnamlı məzunları doğma ali məktəbdə

Azərbaycan Texniki Universitetini (AzTU) 1983-cü ildə bitirmiş vyetnamlı məzunlar yenidən doğma ali məktəbdə olublar. Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru vəzifəsini icra edən Xalıq Yahudov qonaqlara müasir AzTU haqqında geniş məlumat verib. Doğma universiteti unutmadıqları üçün vyetnamlı qonaqlara təşəkkür edən X.Yahudov qeyd edib ki, AzTU-nun qapıları məzunlarının üzünə hər zaman açıqdır. Daha […]

Üç rayon üzrə müəllim və valideynlərin müraciətlərinə baxılacaq

Mayın 5-də paytaxtın Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, 187 nömrəli tam orta məktəbdə (Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 9) təşkil olunacaq səyyar qəbul saat 10.00-da başlanacaq. Tədbirdə müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli […]

Aynur Sofiyeva -"Təhsildə işləyən qadınların çoxluğu onların maaşlarının kişilərlə müqayisədə az olması təsəvvürü yaradır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, idarəçilik orqanlarında, Milli Məclisdə, bələdiyyələrdə, sahibkarlıq sferasında qadın iştirakçılığının artdığı müşahidə olunur: “Bu da inkişafın göstəricisidir. Amma bu rəqəmlər bizi qane etmir. Bu gün Azərbaycan qadının potensialı cəmiyyətdə iştirakçılığının güclənməsinə imkan verir. Bələdiyyə seçkilərində ildən-ilə qadınların […]

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub.   Modern.az-ın xəbərinə görə, AzTU-nun rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov bildirib ki, Beydulla Qurbanov universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuyur. Şəhid ailələrinə, Milli qəhrəmanlara və ailə üzvlərinə qayğı göstərilməsinin Azərbaycanın dövlət […]

GDU-da buraxılış kurslarında yaz imtahan sessiyası başladı

    Gəncə Dövlət Universitetində 27 aprel 2017-ci il tarixdən buraxılış kurslarında yaz imtahan sessiyası başlamışdır. Buraxılış kurslarında imtahanlar test üsulu ilə elektron formada (kompüterlər vasitəsi ilə) aparılır.   Rektorluğun müvafiq əmrinə əsasən imtahan sessiyasına qədər  təlimata uyğun hazırlıq işləri yerinə yetirilmiş, otaqlar komputerlə təchiz edilmişdir . Tələbələrin semestr ərzində topladıqları ballar (kollokviumlar,frontal sorğular,praktik məşğələlərin həlli […]

UNEC magistrləri Neft Fondunda

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) olublar. Səfərin əsas məqsədi fondun iş prosesi ilə yaxından tanış olmaq olub. ARDNF-nin dəvətilə baş tutan görüşdə magistrlərə fondun investisiya layihələri, investisiya vəsaitlərinin strateji bölüşdürülməsi, investisiya portfelinə nəzarət, risklərin təhlili, hesablamalar və araşdırmalar kimi mövzularla bağlı məlumat verilib. Magistrlər eyni zamanda fondun […]

Qərb Universiteti Londonda Yay Məktəbi təşkil edir

  Qərb Universiteti orta məktəb şagirdləri və tələbələr üçün iyul və avqust aylarında London şəhərində yay məktəbi təşkil edir. Yay məktəbinin proqramına ingilis dili kursları, eləcə də müxtəlif sosial-mədəni tədbirlərdə iştirak, ekskursiya və gəzintilər daxildir. Yay məktəbi iki həftə ərzində davam edəcək. Qrupları Qərb Universitetin nümayəndəsi müşayiət edəcək. Qeydiyyat mayın 15-dəkdir. Əlavə məlumat üçün: +994 […]

ADMİU Iğdır Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Iğdır Universitetinin rektoru, professoru Mehmet Hakkı Alma və İlahiyyət fakültəsinin dosenti Şahin Əhmədoğlu qonaq olub. Görüşdə Tədris işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Elm və yaradıcılıq işləri üzrə prorektor, filologiya üzrə elmlər doktoru, professor Məryəm Əlizadə və Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, […]

Ötən ay Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “Report”a verilən məlumata görə, ötən ay ərzində həmin mərkəzlərə ümumilikdə 16 593 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 146 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində […]

Hökumət alimlərin maaşını qaldırmağa hazırlaşır

Yaxın zamanlarda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan elmi işçilərin maaşı artırılacaq. Bu barədə Modern.az-a AMEA-nın rəhbərliyindən məlumat verilib. Digər məlumata görə, AMEA-ya işə qəbul da dayandırılıb. Məlumata görə, yaxın vaxtlarda AMEA-da ciddi dəyişikliklər olacaq. http://mektebgushesi

İş dünyasının tanınmışları UNEC tələbələri ilə görüşür

Türk dünyasının tanınmış iş adamlarının UNEC tələbələri ilə görüşünə start verilib. Görüşlərdə iş dünyasının tanınmış simaları öz biznes təcrübələrini UNEC tələbələri ilə bölüşəcəklər. Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə son illər UNEC-də həyata keçirilən yenilikləri müsbət […]

Elçin Hüseynbəyli “Məktəbdə mənə şər atdılar ki, sən o qızı öpmüsən”-FOTOLAR

Elçin Hüseynbəyli  böyüyüb, boya-başa çatdığı Cəbrayıl rayonunun Mahmudlu kəndi və orada keçən uşaqlıq illərindən danışacaq. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Modern.az ın əməkdaşına Elçin Hüseynbəyli o yerləri, o illəri belə xatırlayır: Kiçik Vətən -Vətənini itirən, daim onun xəyalı ilə yaşayan insan adətən, çox darıxır. Bu, artıq […]

Bakıda tələbə qızlar arasında dava: xəsarət alan var

Bakıda tələbə qızlar arasında dava olub. mektebgushesi.az “Report”a istinadən bildirir ki, hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş verib. Belə ki, universitetin tələbəsi, 1997-ci il təvəllüdlü Səfərova Bəsti Bədəl qızı rəfiqəsi ilə dava edib. Nəticədə B.Səfərova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. B.Səfərova polisə ilkin ifadəsində universitetdə yıxıldığını bildirib. Lakin Nərimanov Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırma […]