Pearson tərəfindən aparılan araşdırmaya görə, dünyanın ən yaxşı təhsil sistemi Cənubi Koreyadakı təhsil sistemdir. Məktəbə, müəllimə və şagirdə verdikləri dəyər bir çox çətinliyə baxmayaraq onları ən yüksək səviyyəyə qaldırıb.
Moderator.az aparılan tədqiqatlara əsasən Cənubi Koreya təhsil sisteminin birinci olma səbəblərini təqdim edir:
10. Məktəb saatları – Hər hansı bir şagird bütün il boyu gündə 14-16 saat arasında məktəbdə təhsil almaq məcburiyyətindədir.
 
9. Şənbə günləri – 2010-cu ildən əvvəl məktəb günləri bazar ertəsi ilə şənbə günləri arasında idi. İndi isə ayda sadəcə 2 şənbə günü məktəb var.
8. Müəllimlərə hörmət – Cənubi Koreyada müəllimlərə ən azı “ana, ata” qədər əhəmiyyət verirlər. Bir müəllimin maaşı isə 7 min manat həcmindədir.
7. Slayt – Lövhə əvəzinə slaytlar ilə təhsil verilir və hər sinifdə ən azı 1 kompüter var.
6. Müəllim dəyişikliyi – Hər 5 ildən bir bütün müəllimlər püşkatma sistemi ilə təyin edilir. Riayət edilməməsi kimi bir şansları yoxdur.
 
5. Aktyorluq dərsi – Məktəblərdə aktyorluq dərsi verilir. Oynanılan tamaşalarda bütün texnika, lazım olanlar dövlət tərəfindən təmin edilir.  Məsələn, hospitalla bağlı bir səhnə olacaqsa, bütün həkim, tibb bacısı və xəstə avadanlıqları gətirilir.
4. Fiziki cəzalandırma – Əgər bir tələbə çox ərköyündürsə, müəllimlər onu fiziki cəzalandıra bilər və bu tamamilə qanunidir. Bu da müəllimlərə nə qədər güvənildiyinin isbatıdır.
3. İngilis idlində ad – Cənubi Koreyadakı ad və soyadların 40 faizində “Kim” adı var. Çox qarışıqlıq olduğu üçün çox tələbəyə ingilis dilində bir ad verilib.
2. Məktəb təmizliyi – Tələbələr Yaponiyada olduğu kimi öz məktəblərini özləri təmizləyirlər. Yalnız tualetlər üçün xadimələr var.
1. Ayaqqabı çıxartma –  Cənubi Koreyada hər kəs imtahana girərkən ayaqqabılarını çıxarıb, sinifdə başmaq geyinmək məcburiyyətindədir.

Bənzər yazılar