Aprelin 29-da Azərbaycan Dillər Universitetində ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “ABŞ-da təhsil” sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə ABŞ-ın iyirmidən çox universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub.
ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Emi Pitersen bildirib ki, sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənlərə bu ölkənin təhsil sistemi, əcnəbi gənclər üçün burada təhsil almaq imkanları barədə lazımi məlumatlar verməkdir.
Tədbirdə tələbələr, şagirdlər və valideynlər ABŞ-ın müxtəlif ali təhsil müəssisələrini bitirən azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onlarla fikir mübadiləsi aparıblar.
Sərgi iştirakçılarına buklet və broşürlər paylanılıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar