Təhsil dünyada olduqca əhəmiyyətli hesab olunan amillərdən biridir, lakin o, hələ də hər ölkədə eyni səviyyədə deyil. Qərblilər elə hesab edir ki, onların təhsil sistemi ən yaxşısıdır, lakin bu belə olmaya da bilər.
“Pearson” adlı təhsil qrupu təhsil sistemlərinin uğurlarına əsaslanaraq ölkələrin ən yaxşı təhsil sistemləri siyahısını hazırlayıb. Nəticələr müxtəlifdir, lakin bu nəticələrin maraqlı tərəfi odur ki, uzun müddət ən yaxşı təhsil sistemi kimi bilinən ABŞ sistemi sıralamada bir çox Avropa ölkəsindən geridə- 14-cü yerdədir.
SPİ(Social Progress İmperative) də Sosial Tərəqqi Göstəricilərinə əsaslanaraq dünyada əsas təhsil mərhələləri üzərində tədqiqat aparıb. Yeniyetmələrdə bilik dərəcəsi, məktəblərdə qeydiyyat siyahıları, qadınların məktəbdə rolu kimi amillər nəzərə alınmaqla ölkələrin təhsil nəticələri hazırlanıb.
Siyahıda Şərqi Asiya ölkələrinin üstünlüyü davam edir. Cənubi Koreya sıralamada ilk pillədədir, ardınca isə Yaponiya, Sinqapur və Honq Konqdur. .Hər zaman siyahıda ilk pillələrdə olan Skandinaviya ölkələrinin üstünlüklərini itirdikləri nəzər çarpır. 2016-ci il göstəricilərində ilk pillədə olan Finlandiya 5-ci yerə, İsveç isə 21-ci pillədən 24-cü pilləyə düşüb. İsrail 12 pillə irəliləyərək 17-ci, Rusiya 7 pillə irəliləyərək 13-cü və Polşa 4 pillə irəliləyərək 10-cu pilləyə qalxıb. 40 ölkəni əhatə edən siyahıda inkişaf etməkdə olan ölkələr son pillələrdədir( İndoneziya 40-cı, Meksika 39-cu, Braziliya 38-ci).

 
https://mektebgushesi.az

Bənzər yazılar