Təhsil üzrə taninmiş ekspert Kamran Əsədov DİM -in yaydığı məlumata özünün feysbuk səhifəsində faktlarla  cavab verib .
DİM hesabatında bildirir ki, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməmişdir. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olmuşdur. Onlardan da 432 nəfəri imtahanın ikinci mərhələsinə gəlməyib.
Beləliklə, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak etmişdir. Qeyd olunanlara əsasən, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasını şərtləndirən əsas amillərdəndir.

Əslində məsələ heçdə elə deyil:
1) İmtahana gəlməyən 1695 nəfərin iştirak etməmə səbəbi simvolik 2 manatı ödəyib sonra imtahana qeyri ciddi yanaşmaları deyil, onların kəsrləri olması, və bakalavr pilləsini bitirə bilməmələridir. Yəni qəbul olsaydılar belə, onlar magistrda oxuya bilməyəcəkdilər.
2) DİM qeyd edir ki, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak etmişdir.
Burdan belə çıxır ki, sanki 15 min balakavr gəlməyib imtahana. Əksinə 24 mindən cəmi 8.6 min nəfəri müsabiqə şərtini ödəyib. Yəni hər il təhsilin müaxtəlif pillələrinə sənəd verənlərin onsuzda 60 faizi müsabiqə şərtini ödəmir.
3) Bu il daha bilikli, öz potensialına güvənən şəxslərin sənəd verməsinə gəlincə, bu daha absurd yanaşmadır. Əgər keçən ilki səviyyədə imtahan sualları düşsə, heç 65 faiz bakalavr keçid balını toplaya bilməz. Bundan əlavə, magistr pilləsinə qəbul imtahanları Ali məktəblərin bilik və bacarığı deyil. Çünki magitrda qəbulda istifadə olunan fənlər, onların səviyyələri ali məktəblərdə tədris olunmur.
İndi maddi imkanı olan, və hətta güclə pul tapanlar iştirak ediblər. Kifayət qədər bacarıqlı, bilikli və Azərbaycan elminə fayda verəcək şəxlər var ki, maddi imkanına görə sənəd qəbulunda iştirak etmədi.
4) İmtahanda iştirak edənlərin sayının kəskin şəkildə azalmasının bir səbəbi var, o da imtahan qiymətlərinin çox olması. Bunun da birinci zərbəsini və əziyyətini Ali təhsil müəssisələri çəkəcək .
Çünki müsabiqə şərtlərini ödəyənlərin heçdə hamısı təhsilini davam etdirməyəcək magistraturada. Təhsil haqqları magistr pilləsində yüksəkdir deyə, imtinalar çox olacaq.

Bənzər yazılar