Mektebgushesi

Bir aydan artiq davam edən sorğunun ilkin nəticələri məlum oldu

məktəbgushesi.az sayti  respubilikada fəaliyyət göstərən universitetlər arasında “ hansı universitetlərdə  islahatlarin getdiyini düşünürsünüz” adlı sorğu keçirib.  Sorğu ümümilikdə 31 universiteti əhatə edib. Sorğuda  2684 nəfər iştirak edib . Universitetlərdə gedən islahatlarla baglı ilk məlumat universitetin  müəllim kollektivi və tələbələrində olur. Sorğuda iştirak edənlərin  də əksəriyyəti həmin universitetlərdə çalışan müəllimlər  və tələbələrdir. Sorğudakı nəticələrdən aydin görünür […]

56 yaşlı abituriyent də özünü sınayacaq

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. mektebgushesi.az DİM-ə istinadən xəbər verir ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada […]

10 000 məmurun diplomu saxta çıxdı – İşdən qovuldular

Tanzaniya prezidenti Con Maqufuli  diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru  vəzifəsindən uzaqlaşdırıb. Con Maqufuli  2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib. Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib. Con Maqufuli […]

Cənubi Koreya məktəbləri haqqında eşitmədiyiniz 10 məlumat – FOTOLAR

Pearson tərəfindən aparılan araşdırmaya görə, dünyanın ən yaxşı təhsil sistemi Cənubi Koreyadakı təhsil sistemdir. Məktəbə, müəllimə və şagirdə verdikləri dəyər bir çox çətinliyə baxmayaraq onları ən yüksək səviyyəyə qaldırıb. Moderator.az aparılan tədqiqatlara əsasən Cənubi Koreya təhsil sisteminin birinci olma səbəblərini təqdim edir: 10. Məktəb saatları – Hər hansı bir şagird bütün il boyu gündə 14-16 saat […]

Tələbələr arasında futbol çempionatının final turu keçirilib

Aprelin 29-da ali və orta ixtisas təhsili müəssisələrinin  tələbələri arasında Futbol üzrə VII Respublika çempionatı başa çatıb.   Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, final oyununda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb.   Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU-nin komandasının xeyrinə başa […]

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11% azalıb. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə […]

Bakıda keçirilən “ABŞ-da təhsil” sərgisində iyirmidən çox universitet təmsil olunub

Aprelin 29-da Azərbaycan Dillər Universitetində ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “ABŞ-da təhsil” sərgisi keçirilib. AZƏRTAC xəbər verir ki, sərgidə ABŞ-ın iyirmidən çox universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Emi Pitersen bildirib ki, sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənlərə bu ölkənin təhsil […]

Azərbaycanlı məktəblilər Astanada 51-ci beynəlxalq kimya olimpiadasında gümüş medal qazanıblar

Qazaxıstanın paytaxtı Astanada məktəblilərin 51-ci beynəlxalq kimya (Mendeleyev) olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən olimpiadada Azərbaycan, Rusiya, Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rumıniya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Türkiyə, Monqolustan və İsraildən 120 məktəbli iştirak edib. Nazarbayev Universitetində keçirilən beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza […]

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi anılıb

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən tədbir iştirakçıları barelyefin önünə gül dəstələri düzüblər. ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin […]

ADNA terrorundan 8 il kecdi

30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq. 25 nəfərin adına olan bir gün bu gündür… Azərbaycan Dövlət Neft Akademiyası 30 aprel 2009-cu il tarixində adi günlərdən birini yaşamalı idi. Elə akademiyanın rektoru Siyavuş Qarayev də həmin gün […]

Vəfa YAQUBLU: – "Z nəsli şagirdlər və biz"

Sosioloqlar müəllim peşəsini “insan – insan” interaksiyasında olan peşələr qrupuna daxil edir. Yəni, müəllimin iş “obyekti” insandır. Qızılın xassələrini bilməyən şəxsdən yaxşı zərgər olmadığı kimi insanın (bizim halda – uşağın) xüsusiyyətlərini bilməyən insandan da yaxşı müəllim alınmayacaq. Lakin bu gün uşaq psixologiyasını bilmək uğurlu müəllim olmaq üçün kifayət etmir. “Nəsillər nəzəriyyəsi”nin qənaətlərinə də baxmaq maraqlı […]

Bu gün ali məktəblərə ilk qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.   APA-nın xəbərinə görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır. […]

DİQQƏT: Bu oyunu oynayan uşaqlar intihar edir – MƏKTƏBDƏN XƏBƏRDARIQ

Rusiyada 130 gəncin intiharı ilə əlaqəsinə dair iddialarla gündəmə gələn “Mavi balina” oyunu indi də İngiltərəyə “sıçrayıb”. İngiltərədə xüsusilə orta məktəb və liseylərdə oyunu oynayan şagirdlərin valideynlərinə artıq xəbərdarlıq edilib. Artıq getdikcə təhlükəli hal alan oyunu oynayanlar 50 təlimatı yerinə yetirməlidir. Rəsmilər oyunun ingilis gəncləri arasında da yayılmasından narahatlıq keçirir. Artıq Basildondakı Woodlands School rəhbərliyi […]

Bu rayonda cəmi 3 məktəb var – Azərbaycanın ən çox və ən az məktəbi olan rayonlar açıqlandı

Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.473.189 nəfərdir. mektebgushesi.az-ın A24.Az-a istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib ki, təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Naxçıvan Muxtar Respublikasının Sədərək (1.296 nəfər) rayonudur. Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə […]

Bəzi tədris müəssisələrinin səlahiyyətləri azaldıldı

Azərbaycanda ixtisasartırma və kadrların yenidən hazırlanma tədris müəssisələri elmi tədqiqat işləri apara bilməyəcəklər.   Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, bununla bağlı 1997-ci il 11 iyul tarixli 77 nömrəli qərarla təsdiq edilmiş “İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edilib.   Dəyişikliklərə əsasən, tədris müəssisələrində elmi-tədqiqat işlərinin aparılması əsasnamədən çıxarılıb.   Bundan başqa, […]