Aktiv tələbə olmaq və artıq öz addımlarını atmaq tələbənin öz iradəsindən gələn bir məsələdir. Bu yolda irəliləyən bir tələbə – İsa ilə tanış olaq.
İsa bir çox klublarda və sosial işlərdə aktivliyi ilə seçilir. İsa” NODEX Marketinq” klubunda xarici
əlaqələr vəzifəsində,”Bumeranq Könüllülər Birliyində” PR menecer,”Sonuncu Əsr Dərgisində” sosial media meneceri vəzifəsində,”Qrinviç “ təhsil mərkəzində Marketinq şöbəsində təcrübəçi kimi çalışır. İsanı bir az daha yaxından tanıyaq.
Ələsgərov İsa Zakir oğlu 1998-cı ildə Ağdam rayonun Zənişan kəndidə anadan olub.  Daha sonra Novxanıya köçdükləri üçün təhsilini Novxanı kənd 2 saylı tam orta məktəbində davam etdirib . 2015-ci ildə həmin məktəbi bitirib və 670 balla Bakı Mühəndislik Universitetinə (keçmiş Qafqaz Universeti) qəbul olub. İsa hal-hazırda həmin universitetin 2-ci kursunda təhsil alır.
İsa ilə onun abituriyent dövrü,tələbəlik fəaliiyəti və təhsilimiz haqqında söhbətimiz oldu.
 İsa, mənə abituriyentlik vaxtlarından danışa bilərsənmi? Dərslərinə necə hazırlaşırdın? Abituriyentlərə hansı məsləhətlərin var?
Mən abituriyent olaraq demək olar cəmi bir il hazırlaşdım. 10-cu sinifdə zəif olduğum yanlız coğrafiya fənnindən hazırlığa gedirdim. 11-ci sinifdə “İstiqlal” kursunu seçdim və abituriyent dövrümü orda davam etdirdim.Mənim fikirimcə fərdi müəllim yanına getmək daha çox vaxt itkisidir. Abituriyent dövrü çox qısa zaman olduğu üçün vaxtından səmərəli istifadə etməyi bacarmalısan. Mənim ən çox fikir verdiyim məsələ vaxtın bölüşdürülməsi idi. Bu zaman öyrəndiklərini daha çox təkminləşdirə bilərsən.Bunu abituriyentlərə də məsləhət görərdim ki, vaxtlarını bölməyi bacarsınlar. Bir də dərs oxumağı sevmək lazımdir.
Tələbəlik dövründən nə deyə bilərsən?
Tələbəlik dövrü sadəcə möhtəşəmdir. İlk dəfə universitetimizdə indi üzv olduğum klubun elanını görəndə çox düşündüm ki, bu klub mənə çox xeyir verə bilər, və qəbul oldum bu kluba. Universitetimizin ən seçilən klubunun idarə heyətinin üzvi olmaq böyük fəxrdir. Məncə tələbələr boş vaxtlarını səmərəli istifadə etməlidirlər.Bu həm sənə, həm də universitetinə xeyir verə bilər.
Keçmiş Qafqaz barədə nə deyə bilərsən? Sadəcə ad dəyişildimi?
(gülür) Qafqazın ötən ilin iyun ayından bağlanma xəbərləri var idi.Bir müddət BANM-ın idarəçiliyinə verilmişdi və biz buna çox sevinmişdik. İndi adı dəyişilib . Dövlət universititeti olmasına da sevindim. İndi hər şey yaxşıdır.
İsa,təhsil həyatı necə dəyişə bilər?
Bəzən misallar göstərirlər ki,filan insan təhsil almayıb amma indi çox varlıdırl və yaxşı yaşayır. Məncə belə uğur qazanmaq şans məsələsidir. Ancaq təhsil şansa buraxmır. Əgər sən öz üzərində mükəmməl işləyəcəksənsə, daha çox çalışacaqsansa istədiyin vakansiyaya layiq olacaqsan. Təhsil insanının düşüncələrini formalaşdırır. Bir də təhsilinlə sən vətəninə daha çox xeyir verə bilərsən.
Tələbə ixtisasını sevməsə nə olar?
Düzünü desəm ixtisas seçiminə çox da fikir verməmişdim.Qafqazı arzulayırdım , onun ən yüksək ballı fakültəsini yazdım birinci və orada qəbul oldum. Amma mən dinamik insanam, fikirləşirəm ki, ixtisasım mənə uyğun deyil.
Bu ixtisası seçməyimə peşmanam deməyim , hətta gələcəkdə bu ixtisas üzrə bir layihə həyata keçirməyi də planlaşdırıram. Paralel olaraq marketinq ilə maraqlandım,  dərslər almağa başladım, bu işin peşəkarlarından məsləhətlər aldım. Tələbə ixtisasını sevmirsə elə tələbə olduğu dövrdə sevdiyi ixtisasla maraqlansın.Bu onun üçün xeyirli olar.
Təhsilimiz haqda nə deyə bilərsən? Təhsilimiz də nələri görmək istəyirsən?
Təhsilimiz inkişaf mərhələsindədir demək olar.Fikrimcə təhsilimizdə gənc kadrların olması daha yaxşı olar. Gənc kadrlar indiki təhsilin nələr tələb etdiyini daha yaxşı bilə bilər. Məncə indi şagirdə elə aşağı siniflərdən natiqlik dərsi keçirilməlidir.Çünki natiq olan insan fikri daha aydın şəkildə ifadə edə bilir.Bundan başqa, kimya və fizikanı sevənlər üçün biliklərini təkmilləşdirmək üçün hər məktəbdə laboratoriyalar olmalıdır.Məncə məktəb yaxşı oxuyan şagirdlər üçün nəzərdə tutulub.Ona görə də oxumayan şagirdlər məcbur istədikləri peşə ixtisaslarına yönləndirilsinlər.Bunun üçün də ölkəmizdə peşə məktəbini bitirənlərə ehtiyacı artırmaq lazımdır.Universitetlərə gəldikdə isə,fikrimcə universitetlər yenilikçi olmalıdır. Xarici universitetlərlə əməkdaşlıq etmək , tələbələrə öz ixtisasında mükəmməl olmaq imkanı verir.
Seymur Teymurlu

Bənzər yazılar