Xırdalan şəhər 10 saylı orta məktəbdə şagirdlərdə ekoloji etikanın formalaşması movzusunda tədbir keçirilib
Fevralın 6-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Təhsil müəssisələrində şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsi çərçivəsində Abşeron rayonu, Xırdalan şəhəri,10 saylı tam orta məktəbdə tədbir keçirilib.
Layihənin rəhbəri Fərid Əhmədli giriş sözü ilə çıxış edərək məqsədlərinin uşaqlarda ekoloji etikanın formalaşması işinə yardım etmək olduğunu bildirdi. Onun sözlərinə görə, layihənin vəzifələrinə uşaqların ekoloji bilgilərinin artırılmasına təşəbbüs göstərmək, uşaqların ekoloji iməciliklərə cəlbi vasitəsilə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlarda təbiətlə düzgün təmas vərdişlərini aşılamaq və s.daxildir.
Layihənin məruzəçisi Zeynəb xanım Orucova qeyd etdi ki, ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. İnsan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdi. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə, əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir. Azərbaycanda ekoloji mühitin yaxşılaşmasına yönələn tədbirlərin səmərəli nəticə verməsi əhalinin ekoloji mədəniyyət səviyyəsindən əhəmiyyətli dərəcədə aslıdır və etiraf etmək gərəkdir ki, Azərbaycan istiqlalını əldə edənə qədər əhalinin ekoloji maarifləndirilməsı istiqamətində hər hansı ciddi  falıyyət aparılmayıb. Yalnız son illər qəbul edilən dövlət proqramlarında əhalinin ekoloji təhsili və maarifləndirilməsi işlərinin təşkili nəzərdə tutulub və aydındır ki, ekoloji təhsil, ekoloji maarifləndirmə, ekoloji mədəniyyətin formalaşması kimi mürəkkəb məsələlər yalnız dövlət fəaliyyəti hesabına həll olunmayacaq. Bu məsələdə müxtəlif ictimai təşkilatların, o cümlədən sıravi vətəndaşların potensial imkanlarından istifadə də səmərəli ola bilər.
10 saylı orta məktəbin direktoru Elnarə xanım Həsənova çıxxış edib bildirdi ki, ekoloji etikanın formalaşmasına erkən yaşlardan daha dəqiqi, məktəbəqədər təhsil müəssisələri və ibtidai siniflərdən başlamaq daha səmərəlidir. I-V sinif şagirdlərinə elementar ekoloji bilgilərin aşılanması, şagirdlərin ekoloji iməciliklərə cəlb edilməsi ekoloji etikanın formalaşmasına olduqca müsbət təsir göstən amillərdəndir: “Məktəbimizin III c sinfinin şagirdləri bu yaxınlardaa “Hərəyə bir ağac əkək” devizi altında məktəbyanı sahədə xeyli ağac əkiblrər. Ümumiyyətlə, bizim məktəbdə ekoloji iməciliklər və bu movzudya həsr olunmuş tədbirlər tez-tez keçirilir”.  E.Həsənovanın fikrincə, bu cür tədbirlər gələcəkdə Azərbaycan vətəndaşlarının ekoloji mədəniyyət səviyyəsinni yüksəlməsinə, uşaqlarda ekoloji etikanın formalaşması işinə müəyyən yardım edər.
Tədbir yekunlaşandan sonra şagirdlərin iştirakı ilə məktəbyanı sahədə ekoloji iməcilik keçirildi, məktəbə gələn piyada yolu qardan təmizləndi, ağaclara qulluq edildi.
mektebgushesi.az

Bənzər yazılar