Azercell Telekom” MMC-nin Tələbə Təqaüd Proqramının növbəti qalibləri müəyyənləşib.
 
Şirkətin son seçimlərinin nəticələrinə əsasən, Azərbaycan universitetlərində təhsil alan 27 tələbə təqaüdə görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək şirkətin 200 AZN məbləğində aylıq təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının Memarlıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Təhminə Əzimzadə də təqaüd qazanıb. Universitetdən APA-ya bildirilib ki, bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə şirkətin təqaüdçüsü olub.

Bənzər yazılar