Bakı Slavyan Universitetində (BSU) imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədi ilə universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, tələbə və maginstrantlardan formalaşan “Kölgə kabineti”nin, “Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət “Operativ qərargah” təşkil edilib.
BakiPost.az xəbər verir ki, qərargaha rəhbərlik edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qərargahın işində valideynlərin və tələbələrin fəal iştirak etdiyini bildirib: “Məqsəd obyektivliyi və şəffaflığı təmin etməkdir. Qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verilir, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin edirlər. Münaqişəli məsələlər yerindəcə həll edilir. Bundan əlavə, təhsil haqqını vaxtında ödəməyən tələbələrin ailə vəziyyəti nəzərə alınır”.
Qərargahda bütün fakültələrin tələbə-gənclər təşkilatlarının nümayəndələri təmsil olunur.
Qeyd edək ki, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə hesabatlar sessiya bitdikdən 10 gün müddətində ümumiləşdirilib Təhsil Nazirliyinə təqdim ediləcək.

Bənzər yazılar