Lənkəran Dövlət Universiteti Respublika Nazirlər Kabinetinin 1991-ci il 25 sentyabr tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı qərarı ilə müstəqil Dövlət Universitetinə (LDU) çevrilmişdir.
Universitetdə 4 fakültə: humanitar elmlər, təbiyyat, iqtisadiyyat və pedaqoji fakültələr fəailiyyət göstərir. Universitetdə 200 nəfərdən artıq professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan: 2 nəfəri akademik, 30 nəfəri elmlər doktoru, professor, 90 nəfəri elmlər namizədi, dosent və baş müəllimdir. 1997/98-ci tədris ilindən universitetdə magistratura şö’bəsi yaradılmışdır. Burada 41 magistr təhsil alır.
Təhsildə xüsusilə fərqlənən, ictimai işlərdə fəallıq göstərən tələbələr və magistrlər üçün H.Əliyev və H.Aslanov adına adlı təqaüdlər tə’sis edilmişdir. 1997-ci ildə universitetin ilk buraxılışı olmuşdur.

Kafedralar

  • Ədəbiyyat
  • Tarix
  • Sosial-siyasi və fəlsəfi elmlər
  • Azərbaycan dilçiliyi və türkologiya
  • Fizika-riyaziyyat
  • Kimya-biologiya
  • Coğrafi-ekologiya
  • Hərbi və fiziki hazırlıq
  • Xarici dillər
  • Pedaqogika və psixologiya
  • Aqro-iqtisadiyyat və texnologiya
  • İqtisadiyyat və idarəetmə

İxtisaslar

  • Azərbaycan dili və ədəbiyyatı
  • Tarix-ictimaiyyət
  • İngilis dili
  • Fransız dili
  • İbtidai təhsilin pedaqogikası və metodikası
  • Musiqi təhsili
  • İlkin hərbi və fiziki hazırlıq
  • Coğrafiya
  • Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə
  • Riyaziyyat-informatika
  • İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Gömrük işinin təşkili
  • Meyvə-tərəvəzçilik və üzümçülük

LDU-nun zəngin maddi-texniki bazası vardır. Universitetdə kompyuter mərkəzi, kimya, biologiya, fizika laboratoriyaları, informasiya və komunikasiya texnologiyaları mərkəzi hərbi və fiziki tə’lim kafedrasının nəzdində hərbi hazırlıq metodikası kabineti, mülki müdafiə kabineti və hərbi rabitə hazırlığı kabineti fəaliyyət göstərir. Universtietdə ingilis dilinə və kompüter texnikasına yiyələnmək istəyənlər üçün əlavə kurslar təşkil olunmuş, şən və hazırcavablar klubu, bədii özfəaliyyət dərnəyi və xor kollektivi yaradılmışdır.
Məzunlar Respublika Təhsil Nazirliyi tərəfindən verilmiş diplomlar əsasında ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, məktəbəqədər tərbiyə müəssisələrində və başqa sahələrdə çalışırlar. LDU-nun kitabxanası, geniş oxu zalı, yataqxanası, yeməkxanası, idman zalı və tibb məntəqəsi vardır. Lənkəran Dövlət Universiteti İran İslam Respublikasının Gilan və Fransanın Strasburq Universitetləri ilə elm, təhsil və mədəni sahələrdə əməkdaşlığa dair müqavilə imzalamışdır. LDU Xəzəryanı dövlətlərin universitetləri assosiasiyasına qəbul olunmuşdur.

Doktorantura təhsili

Universitetdə fəlsəfə doktoru üzrə doktorantura təhsili verilir

Xarici əlaqələri

Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Bənzər yazılar