Bakı Sənaye - Pedaqoji Kollecinin yaranma tarixi

Bakı Sənaye- Pedaqoji Kollecinin yaranma tarixi haqqında


Bakı Sənaye-Pedaqoji Kolleci Sabuncu rayonu ərazisində Yusif Qasımov küçəsi 41-də yerləşən qədim binada fəaliyyət gostərir.
SSRİ Nazirlər Sovetinin 22 mart 1921-ci il tarixli 27 №li əmri ilə kollecin binasında ilk dəfə həqiqi axşam məktəbi yaradılmışdır.
1929-cu ildə SSRİ Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin 23 fevral tarixli 86 №li əmri ilə həqiqi axşam məktəbi Ümumittifaq Bakı Sənaye Texnikumuna çevrilmişdir.
SSRİ Nazirlər Sovetinin Texniki – Peşə Təhsili Komitəsinin 3 iyul 1967 ci il tarixli 42 №li əmri ilə Umumittifaq Bakı Sənaye Texnikumunun adı dəyişdirilərək Ümumittifaq Bakı Sənaye-Pedaqoji Texnikumu adlandırılmışdır.
SSRİ Nazirlər Soveti Dovlət Texniki Peşə təhsili Komitəsinin 4 fevral 1991-ci il tarixli 246 №li əmri ilə Bakı Ümumittifaq Sənaye-Pedaqoji Texnikumu, Bakı Sənaye-Pedaqoji Texnikumu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə keçirilmişdir.
Yarandığı gündən texnikumda Sovet İttifaqının Maşınqayırma və neft sənayesi üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilmişdir.1967- ci ildə Umumittifaq Bakı Sənaye-Pedaqoji texnikumu kimi Sovet İttifaqı regionları ilə yanaşı texnikumda Banqladeş, Kuba, Vyetnam, Suriya, Yəmən, Əfqanıstan və s. kimi ölkələrin vətəndaşları da texnikumda müxtəlif ixtisaslar üzrə təhsil almışlar.Bu zaman texnikumda “Qaynaq İstehsalının texnologiyası”, “Mülki və Sənaye Binalarının tikintisi”, “Avtomobillərin təmiri və texniki qulluğu”, “Tikiş istehsalının texnologiyası”, “Kənd təsərrufatının mexanikləşdirilməsi və Mühasibat uçotu” kimi ixtisaslar üzrə peşə məktəbləri və Sənaye sahələri uzrə kadr hazırlığı həyata keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Sovetinin 25.01.1991-ci il tarixli 11\8-20 №li məktubuna əsasən texnikumun Quba rayonunda filialı açılmışdır.
Azərbaycan Respublikası Təhsil naziri M.Mərdanovun 12 sentyabr 2000-ci il tarixli,862 №li əmrinə əsasən Gəncə təsərrüfat hesablı Məişət Xidməti Kollecinin Balakən, Qax, Dəvəçi və Qusar rayonlarında olan şöbələri Bakı Sənaye-Pedaqoji texnikumuna birləşdirilmişdir.
Texnikumda kadr hazırlığı təhsil qanununa və dövlətin təhsil siyasətinə uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 112 №li 16 iyun 2010-cu il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Texnikumunun adı dəyişdirilərək Bakı Sənaye-Pedaqoji Kolleci adlandırılmışdır.
Hazırda kollecdə 7 əyani şöbə, istehsalat şöbəsi və 2 qiyabi şöbələrdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:
1. Fiziki tərbiyə müəllimliyi (umumi orta təhsil bazası üçün);
2. Texnologiya müəllimliyi;
3. Peşə təlimi (mühasibat uçotu, nəqliyyatda daşımaların təşkili);
4. İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
5. Təsviri incəsənət müəllimliyi;
6. İbtidai sinif müəllimliyi;
7. Yol hərəkətinin təşkili;
8. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi.
Peşə təlimi ixtisasında, peşə məktəb və liseyləri üçün istehsalat təlimi ustaları və ixtisas fənn müəllimləri hazırlanır.
Hazırda kollecdə 220 nəfər müəllim 2542 tələbənin təhsili ilə məşğuldur.

Bənzər yazılar