Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi: təşəkkülü və inkişafı
Ali Pedagoji İnstitutun təşkili: çətinliklər və ilk uğurlar (1920-1927-ci illər)
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın ən mühüm pedaqoji problemlərindən biri milli müəllim kadrlarının hazırlanınası idi. Azərbaycanda müəllim hazırlayan tədris müəssisələrinin olmaması bu sahədə böyük çətinlik yaratmışdı. Azərbaycanlı müəllimlər əsas etibarilə Qori Müəllimlər Seminariyasında və Tiflis Müəllimlər İnstitutunda hazırlanırdı. XIX əsrin 80-ci illərindən 1918-ci ilə kimi həmin təhsil müəssisələrini cəmi 262 nəfər azərbaycanlı bitirmişdi.
Millətin tərəqqisinin məktəbdən, məktəbin tərəqqisinin isə müəllimdən asılı olduğunu söyləyən N.Nərimanov və onun həmfıkirləri F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyli, A.Səhhət, A.O.Çernyayevski, S.Vəlibəyov, M.Mahmudbəyov, F.Ağazadə, C.Məmmədquluzadə, M.Rəsulzadə ana dilində dərs deyə biləcək müəllimlərin hazırlanınasını dövrün əsas tələbi kimi dəyərləndirirdilər. Mətbuat səhifələrində Azərbaycanda müəllimlər seminariyasının açılması, Qori Müəllimlər Seminariyasının Güney Qafqazm müsəlman şəhərlərinin birinə köçürülməsi qızğın müzakirə olunurdu. Xalqın təhsillə bağlı böyük istək və arzularını ADR (1918-1920) reallaşdırdı. Bu illərdə ADR hökumətinin maliyyə yardımı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü. Şərqdə ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət Universiteti yaradıldı, mövcud məktəblərin böyük əksəriyyəti milliləşdirildi, xeyli yeni ibtidai və orta məktəb açıldı, milli dərsliklər nəşr edildi. Ölkədə təhsil sislemini nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini qoymaq məqsədilə həmin dövrdə Azərbaycan Xalq Maarif Nazirliyi yaradıldı. Nazirlik bir sıra ali və orta ixtisas müəssisələrinin açılmasını planlaşdırsa da, onu reallaşdıra bilmədi.
Azərbaycan Parlamentinin fövqəladə iclası 1920-ci il aprelin 27-də axşam saat 11-də səs çoxluğu ilə hakimiyyəti müsəlman kommunistlərə verınək haqqında qərar qəbul etdi. Respublikada hakimiyyəti yeni yaradılan oyuncaq Müvəqqəti Hərbi İnqilab Komitəsi ələ keçirdi. Komitənin 1920-ci il 28 aprel tarixli əmri ilə maarif sistemi yenidən quruldu və D.X.Bünyadzadə Xalq maarif komisarı təyin olundu. Azərbaycanın böyük iqtisadi və mənəvi potensialından Sovet imperiyasının mənafeyinə səmərəli istifadə etmək üçün geniş bilik və bacarığa malik işçilər hazırlamaq lazım gəlirdi. Həmin məqsədlə 20-ci illərdə yeni təhsil sistemi təşkil edildi.
Sovet məktəbinin təşkilində demokratik əhvali-ruhiyyəli ziyalılar, qabaqcıl maarif və mədəniyyət xadimləri yaxından iştirak edirdilər. Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, H.Mahmudbəyov, R.Əfəndiyev, A.Şaiq (Talıbzadə), S.Axundov, M.Quliyev, M.Mirqasımov, F.Rzabəyli, S.Hüseynov, İ.Əfəndiyev, Ə.Nəzmi, R.Cəfərov, Q.Mirzəzadə, S.Əfəndiyeva, M.Qiyasbəyli, B.Bünyadov və başqaları ilk günlərdən respublikanın mədəni həyatında fəallıq göstərirdilər.
Respublikada ümumtəhsil məktəblərinin inkişafına böyük diqqət göslərilirdi. 1920-ci ildə 965 ümumtəhsil məktəbində 794 min şagird oxuyurdu. Lakin bu, heç də hamının təhsilə cəlb edilməsi deyildi. 700 mindən çox məktəbyaşlı, o cümlədən 180 mindən artıq kimsəsiz uşaq təhsildən kənarda qalmışdı. Bununla belə məktəblərin maddi-texniki bazasının təşkili və pedaqoji kadrların hazırlanınası üçün yaradılan şərait nəticəsində orta təhsil sistemində irəliləyiş nəzərə çarpırdı. Əsas çatısınazlıqları aradan qaldırınaq, Azərbaycan məktəblərini müəllim kadrları ilə təmin etmək üçün üçaylıq kurslar açıldı. Təkcə 1920-ci ilin 3 ayı (iyun-avqust) ərzində respublikanın 9 yaşayış məntəqəsində müəllimlər hazırlayan üçaylıq kurslar təşkil olundu. Sovet dövləti 1920-ci ilin yaymda Bakı, Şamaxı, Qusar və respublikanın digər beş yaşayış məntəqəsində ibtidai məktəblər üçün müəllimlər hazırlayan qısa müddətli kurslar və texnikumlar açdı. Müəllimlərlə bağlı əsaslı iş aparıldı. Lakin həmin təhsil ocaqları respublikanın I və II dərəcəli məktəblərinin müəllimlərə olan ehtiyacmı təmin edə bilmirdi. Bakıda 1920-ci ilin sentyabr ayının 19-da maarif və mədəniyyət işçilərinin qurultayı çağırıldı. Azərbaycan hökumətinin başçısı N.Nərimanov ziyalılar qarşısında çıxış edərək məktəbin yenidən qurulması, uşaqların tərbiyəsinin əsaslı şəkildə dəyişdirilməsi zərurətini ortaya qoydu. Qurultayda göstərildi ki, yeni sovet təhsil sisteminə keçilməsi ilə əlaqədar respublikada 40 min nəfər müəllimə ehtiyac vardır.
Azərbaycan hökuməti 1920-ci ilin payızmda Bakı, Gəncə, Qazax müəllimlər seminariyalarını yenidən təşkil etməklə yanaşı, Şəki və Şuşada da müəllimlər seminariyası açılmasına sərəncam verdi. Həmin pedaqoji təhsil ocaqlarının təşkili məktəblərin müəllim kadrları ilə təmin edilməsinə qisınən kömək etdi.
Respublikanın II dərəcəli məktəbləri və orta ixtisas təhsil ocaqları üçün pedaqoji kadrlar hazırlamaq məqsədilə Azərbaycan Xalq Maarif Komissarlığının 1920-ci il 17 noyabr tarixli qərarı ilə Bakıda birillik Ali Pedaqoji kurslar açıldı. Təbiyyat-coğrafıya, fızika-riyaziyyat və tarix-fılologiya şöbələrindən ibarət olan həmin kurslarda tədris xüsusi proqram üzrə Azərbaycan və rus dillərində aparılırdı. Gündüz məktəblərində çalışan müəllimləri kurslara cəlb etmək məqsədilə dərslər axşam keçirilirdi.
Bölgələrdən oxumağa gələnlər üçün internat da təşkil edildi. Kursların tədris planında fənlərin tədrisi metodikasına xüsusi yer verilirdi. Keçilən bütün fənlər üzrə nəzəri məşğələlərlə yanaşı, təcrübi məşğələlər üçün də müəyyən vaxt ayrılırdı. Bu, tədris edilən fənlərin dinləyicilər tərəfındən yaxşı öyrənilməsinə kömək edirdi. Kursun tədris planında humanitar fənlərin tədrisinə az yer ayrılırdı. Kurslara ilk dəfə 150 nəfər müdavim qəbul edildi.
İşindəki müəyyən qüsurlara baxmayaraq, Birillik Ali Pedaqoji kurslar Azərbaycanda ilk Ali Pedaqoji İnstitutun yaradılmasında zəmin rolunu oynadı. Birillik Ali Pedaqoji kursların müdiri, Azərbaycanın görkəmli maarifçisi və biologiya alimi Fətulla bəy Rzabəyli yazırdı ki, bu kursların təşkili ilk pedaqoji institutun yaradılması üçün bünövrə – baza idi. Ona görə də onun institut tarixində rolu xüsusi nəzərə almmalıdır.
     O dövrün qabaqcıl maarifçi-ziyalıları: Həbib bəy Mahmudbəyov, Məmməd Əfəndiyev, Sadıq Hüseynov, Rəhim Cəfərov və başqaları həm kursların təşkilində yaxından iştirak edir, həm də müxtəlif ixtisaslar üzrə orada dərs deyirdilər.
Azərbaycan Pedaqoji kurslarının səmərəli fəaliyyətindən və müsbət iş təcrübəsindən Ali Pedaqoji İnstitutun təşkilində istifadə olundu. İnstitut Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli 66 saylı «Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında» dekret əsasında yaradıldı. Orada deyilirdi:
«Respublikanın vahid əmək məktəbi»nin ideyalarını həyata tətbiq etməyə qabil yüksəkixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində II dərəcəli şura məktəbliləri üçün türk dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin. İnstitutun təşkilinə həmin dekretin nəşrindən dərhal sonra başlanılsın. »
 Xalq Komissarı Sovetinin cədri N.Nərimanov
Xalq Maarif Komissarı D.Bünyadzadə
XMK-nın işlər müdiri Şirvani
Katib R.Tahirov
Dekretin verilməsindən xeyli əvvəl Ali Pedaqoji İnstitutun təşkili ilə əlaqədar xüsusi hazırlıq işi aparılmışdı. Bu məqsədlə hələ 1920-ci ilin sonunda təşkilat komitəsi (hazırlıq komissiyası) yaradılmışdı. Təşkilat komitəsinin sədri Fətulla bəy Rzabəyli, üzvləri isə Həbib bəy Mahmudbəyov və Rəhim Cəfərov idilər. Əməli kömək göstərınək məqsədilə komitənin tərkibinə Abdulla Şaiq Talıbzadə, Məmməd bəy Əfəndiyev, Sadıq Hüseynov da cəlb edilmişdi. Təşkilat komitəsi institut açılana qədər tədris planı layihəsini hazırlayıb Azərbaycan Xalq Maarif Komissarlığına təqdim etməli, yüksəkixtisaslımüəllim kadrları tapıb seçməli, eləcə də tədris ləvazimatı və bina məsələsini həll etməli idi. Komitə öz işinə 1920-ci il iyunun 9-da Bakı Darülmüəlliminin binasında (Bakı, İstiqlaliyyət küçəsi, 10. Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi bina) başlamışdı.
Hazırlıq komissiyası gördüyü işlər haqqında bilavasitə Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanova və Xalq Maarif komissarı D.Bünyadzadəyə məlumat verir, onlardan lazımi göstəriş və yardım alırdı. N.Nərimanov komissiya üzvlərini qəbul edən zaman öz razılığını bildirərək demişdi: «Mən görürəm, maarifin haradan başlanınasını ruhən düzgün düşünınüş və Azərbaycan xalqının nicatı yolunu görüb bütün həyatınızı ona həsr etmişsiniz. Azərbaycan Respublikası bu zəhmətinizi hər zaman təqdir edəcək. Azərbaycan xalqı həmişə sizi yad edəcəkdir».
Xalq Maarif Komissarlığının qərarı ilə Lebedinski döngəsində (indiki Səbail rayonunun Şövkət Ələkbərova küçəsinin solunda) yerləşən Turgenev məktəbi (indiki 6 saylı məktəb) institut üçün boşaldıldı. Burada bir ildən artıq dərs keçildi. 1922-1923-cü tədris ilində Ali Pedaqoji İnstitut keçmiş realni məktəbin binasına köçürüldü.
Azərbaycan Xalq Maarif Komissarlığının 1921-ci ilin iyun ayının 13-də keçirilən kollegiyası Ali Pedaqoji Kişi İnstitutunun ilk Əsasnaməsi və Nizamnaməsini təsdiq etmişdi. Əsasnamədə ali təhsil ocağının quruluşu, vəzifələri və hüquqları müəyyənləşdirilirdi. Nizamnamədə isə göstərilirdi ki, yeni təşkil olunınuş institutun məqsədi orta məktəbdə ana dilində dərs demək üçün yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamaqdır. Orada tədris planına daxil olan ixtisas fənləri və onlar üçün ayrılan saatlar müəyyənləşdirilir, tələbələrin biliyini yoxlamaq və nəzarəti gücləndirınək məqsədilə kollokvium, məqbul və imtahanların aparılması qaydaları qeyd olunurdu.
İnstitutda təhsil müddəti 3 il idi. Tədris ili 40 həftə müəyyən edilmişdi. İnstitutun nəzdində tələbələr üçün 40 nəfərlik pansionat və təcrübə aparınaq üçün orta məktəbə bərabər «Nümunə məktəbi» təşkil edilməsi qərara alındı. Həmin məktəbi yaratmağı Abdulla Şaiq öz üzərinə götürdü. Görkəmli yazıçı uzun müddət «Nümunə məktəbi»nə rəhbərlik etdiyindən ora «Şaiq məktəbi» adlanırdı. Nəhayət, «Nümunə məktəbi» 1925-ci ildə Şaiq adma Pedaqoji Texnikuma çevrildi.
İnstituta 18 yaşmdan yuxarı zəhmətkeş balaları, ilk növbədə, müəllimlər seminariyasını, yaxud II dərəcəli məktəbləri bitirənlər imtahan verınəklə qəbul olunurdular. Tədris planına uyğun olaraq, birinci kursdan tələbələrə riyaziyyat, ana dili, rus dili, rəsın, musiqi və başqa fənlərə dair ümumi məlumat verilirdi. İkinci kursdan isə onlar ixtisaslar üzrə ayrılır, nəzəri və praktiki bilgilər alırdılar.
Ali Pedaqoji İnstitutda dərslər başlamamışdan 3 gün əvvəl – 1921-ci ilin noyabr ayının 12-də İnstitut Şurasının ilk iclası keçirildi və dərslərin mütəşəkkil təşkili, kollektivin qarşısında duran mühüm vəzifələr müzakirə edildi.

Fətulla bəy Rzabəyli
İnstitutun təşkilinin ilk dövründə iqtisadi-təsərrüfat, maddi-təchizat və tələbə qəbulunda çətinliklər yarandı. Orta təhsilli gənclər çox az idi. Eləcə də institutu müəllim kadrları ilə təmin etmək problem olaraq qalırdı. Bu səbəbdən Ali Pedaqoji İnstitutda dərslər oktyabrın 1-də deyil, noyabrın 15-də cəmi 6 nəfər tələbə ilə: Rəhimzadə Əbdülhəsən (Salyan), Musaxanlı Atababa (Bakı), Axundzadə Vəli (Ağdam), Süleymanzadə Mahmud, Mustafazadə Veyis (Göyçay) və Ədilzadə Əbdülmünsəvər (Orta Asiya) başladı. İnstitutun rəhbərliyi və müəllimlər Xalq Maarif Komissarlığı tərəfindən təsdiq olundu. Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli (1885-1968) institutun ilk direktoru təyin edildi.
Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmubdəyov direktor müavini, Abdulla Şaiq Talıbzadə dil-ədəbiyyat, Peterburq Universitetinin məzunu Məmməd Əfəndiyev fizika-riyaziyyat, Odessa Universitetinin məzunu Həmid Şahtaxtinski psixologiya və ruhaniyyət, Almaniyanın Darınştadt Ali Texniki Məktəbini bitirən Sadıq Hüseynov kimya, Qafur Rəşad coğrafiya, V.Pisınennaya isə rus dili müəllimi kimi Ali Pedaqoji İnstitutun bünövrə daşını qoyan ilk mütəfəkkirlər oldular.
İnstitut ilk illər tarix-fılologiya, təbiyyat-kimya, fızika-riyaziyyat ixtisasları üzrə müəllim kadrları hazırlayırdı. İlk vaxtlar təbiyyat-kimya-coğrafıya və sonra isə biologiya-kimya şöbəsi kimi fəaliyyət göstərən ali tədris müəssisəsində botanika, zoologiya, fıziologiya, kimya, geologiya və minerologiya, habelə həmin fənlərin metodikası üzrə nəzəri kurs və təcrübi məşğələlər keçirilirdi. Şöbədə tədris Bakı Dövlət Universitetinin proqramı həcmində aparılırdı. Burada F.Ə.Rzabəyli, S.C.Hüseynov, A.A.Əmirov, S.X.Osınanzadə kimi istedadlı və təcrübəli pedaqoqlar çalışırdılar. Onlar yalnız mühazirə və təcrübi məşğələlər keçirınəklə kifayətlənınir, həm də ana dilində ilk dərsliklərin hazırlanınasında, elmi-terıninoloji vəsaitlərin tərtibatmda, elmi-tədqiqat işlərinin aparılmasında yaxından iştirak edirdilər. O dövrdə şöbənin ən güclü elmi mərkəzi Fiziologiya kafedrası idi. Böyük elmi potensiala malik kafedraya ilk zamanlar görkəmli fızioloq alimlər: prof. A.M.Çernikov (1921-ci ildə kafedranın əsasını qoymuşdur), prof. N.A.Popov (1922-1925-ci illərdə), prof. P.Y.Rostovtsev (1925-ci ildən 1927-ci ilədək) rəhbərlik ediblər.
1921-ci ilin payızmda tarix-ictimaiyyat-ədəbiyyat şöbəsi yaradıldı. Yeni şöbədə humanitar və ixtisas fənləri ilə yanaşı, fəlsəfə, məntiq, pedaqogika, didaktika, siyasi iqtisad, dövlət hüququnun əsasları və s. fənlər də tədris olunurdu. 1925-1926-cı dərs ilindən həmin şöbə tarix-ictimaiyyat və filologiya kimi iki müstəqil şöbəyə ayrıldı. Bu, hər iki şöbədə ixtisas fənlərinin daha səmərəli öyrənilməsinə yaxından kömək etdi.
Tarix-ictimaiyyat şöbəsində ictimaiyyat, SSRİ tarixi, Azərbaycan tarixi, pedaqogika tarixi, qədim tarix, Şərq tarixi, ümumi tarixlə yanaşı, inqilabi hərəkat tarixi, sosial-iqtisadi quruluşların inkişafı tarixi, ədəbiyyat tarixi, etnoqrafiya, iqtisadi coğrafiya və s. fənlər tədris olunurdu. Şöbədə görkəmli professorlardan -P.P.Fridolin, P.K.Juze, A.O.Makovelski, Ə.S.Übeydulin, B.V.Çobanzadə, V.M.Xuluflu, A.A.Bukşpan ilə yanaşı, istedadlı gənc kadrlar da çalışırdılar.
İnstitutun ədəbiyyat şöbəsində görkəmli şərqşünas və türkoloq-professorlar: N.İ.Asınarin, B.V.Çobanzadə ilə birlikdə Ə.Haqverdiyev, A.Ş.Talıbzadə, Y.V.Çəmənzəminli, M.K.Ələkbərli, A.Musaxanlı və H.Zeynallı kimi tanınınış ədəbiyyatçılar dərs deyirdilər.
1921-ci ilin sonunda respublikanın Xalq Maarif komissarının müavini, institutun ilk direktoru F.Ə.Rzabəyli müsahibəsində yeni ali pedaqoji məktəbin qarşısında duran vəzifələrdən bəhs edərək yazırdı: «Pedaqoji İnstitut yalnız Azərbaycanlıların deyil, bütün məhkum Şərq xalqlarının qayələrini (arzularını-red.) təmin etməlidir. İnstituta fəhlə və kəndlilər cəlb edilməli və işi yaradıcı bir ruhda təchiz etmək lazımdır. Həyatm tələbi və ehtiyacı üzündən səhnəyə atılmış pedaqoji institutu var qüvvə ilə müdafiə edəcək və yüksəldəcəyik».
İnstitutun müvafiq şöbələrində ixtisas fənləri ilə bir sırada fəlsəfə, məntiq, pedaqogika və didaktika, tarixi materializm, siyasi iqtisad və s. fənlər tədris olunurdu.
1922-ci ilin yazmda yeni fənlərin tədrisə daxil edilməsi ilə əlaqədar antropologiya və rus dili üzrə Kiyev Universitetinin məzunu Davud Şərifov, siyasi iqtisad üzrə Hüseyn Mirzəcamalov, anatomiya üzrə Kazan Universitetinin məzunu Fətulla Əlizadə, rəsın üzrə Fransa Rəssamlıq Akademiyasını bitirən Kelxis, dilçilik üzrə prof. B.V.Çobanzadə, fızikadan təcrübə məşğələləri üzrə N.Berq instituta çağırıldılar. 1922-1923-cü tədris ilində isə fizika ixtisası üzrə Kazan Universitetini bitirən Rəhim bəy Məlikov (o, Şimali Qafqazda işləyirdi), siyasi iqtisad üzrə Azərbaycanın Xalq maarif komissarının müavini Mustafa Quliyev, anatomiya üzrə Odessa Universitetinin məzunu Mirəsədulla Mirqasımov və Kiyev Universitetini bitirən Cəlil Məmmədzadə, botanika üzrə Peterburq Ali Qadmlar kursunun məzunu Səlimə xanım Osınanzadə, fars dili üzrə Paris Universitetini bitirən Mirzə Möhsün İbrahimov, psixologiya və məntiq üzrə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirən Abdulla Azadbəyli, coğrafiya üzrə Süleyman Səlimov və b. müəllim heyətinə qatıldılar.
Dərslərin 1921-ci ilin noyabrından başlanınasına baxmayaraq, instituta qəbul davam edirdi. Birinci tədris ilini bütün tələbələr müvəffəqiyyətlə başa vurub, yay tətilinə buraxıldığı dövrdə institutun rəhbərliyi tələbələr üçün əlavə 40 nəfərlik pansion təşkil etdi. İnstitutun tədris və elmi kabinələri ilk illər zəngin materiallara malik deyildi və laboratoriyalar da yeni cihazlarla təmin edilməmişdi. Odur ki, Azərbaycan XKS-nin 1922-ci il 13 iyun tarixli 69 saylı qərarı ilə XMK-a institutun maddi cəhətdən təmin olunınası tapşırıldı. N.Nərimanovun köməyi sayəsində institutda bir neçə kabinə və laboratoriya yaratmaq mümkün oldu. Onun göstərişi ilə Ali Xalq Təsərrüfatı Şurasının nəzdindəki kimya laboratoriyası bütünlüklə Ali Pedaqoji İnstituta verildi. Kimya və fizika laboratoriyalarında 120 tələbənin təcrübə aparınası üçün imkan var idi. Sonralar kimya laboratoriyası xeyli genişləndirildi. Bu işdə onun ilk müdiri S.C.Hüseynovun, həmin dövrdə laborant vəzifəsində çalışan X.Ş.Kələntərlinin və V.V.Kutukovun xidmətləri təqdirəlayiq idi.1923-24-cü tədris ilində institutda Tarix və etnoqrafıya muzeyi yaradıldı. Respublika hökuməti institutun maddi bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir və ona hərtərəfli yardım göstərirdi. Təkcə 1923-24-cü tədris ilində Azərbaycan XKS Maarif Komissarlığı xətti ilə institutun tədris, elmi və təsərrüfat işləri üçün 112 min 69 manat vəsait buraxıldı. Həmin illərdə institutun əsaslı kitabxanası da xeyli zənginləşdirildi. İnstitut təşkil olunduğu günlərdə onun kitabxanasında Azərbaycan dilində 50, başqa dillərdə isə 73 kitab vardısa, bir neçə ildən sonra Moskvadan və başqa şəhərlərdən alman ədəbiyyatlar hesabma kitabxananın fondu xeyli artırıldı. 1923-24-cü tədris ilmdə orada Azərbaycan dilində 2000 nüsxə, rus dilində 1000 nüsxə kitab vardı.
İnstitut ildənilə genişlənirdi. Xalq maarifi orqanlarının müəllimlərə olan ehtiyacı nəzərə almaraq tələbə qəbulu artırılır, tədrisin vəziyyəti yaxşılaşdırılırdı.
1921-ci ilin noyabr ayının ortalarından 1922-ci ilin yanvarınadək institutda tələbələrin sayı 15 nəfərdən 40 nəfərə, 1922-23-cü tədris ilində 70 nəfərə çatdırılmışdı. 1923-24-cü tədris ilində isə 6 ixtisas qrupunda və hazırlıq şöbəsində 100 tələbə oxuyurdu.

Həbib bəy Mahmudbəyov
Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən 1924-cü ildən başlayaraq respublikanın başqa ali məktəblərində olduğu kimi, Ali Pedaqoji İnstitutun da akademik heyətinə yeni elmi qüvvələr cəlb edilirdi. Görkəmli şərqşünas alimlər – akademiklər: V.V.Bartold, İ.İ.Meşşaninov, N.Y.Marr, A.N.Samoyloviç, professorlar: P.K.Juze, Ə.S.Übeydulin və başqaları Rusiyanın elmi mərkəzlərindən və müxtəlif ali məktəblərindən Ali Pedaqoji İnstituta gətirildilər. Onlar institutun tarix-ədəbiyyat şöbəsində mühazirə oxumaqla bərabər, elmi kadrların hazırlanınasında da yaxından iştirak edirdilər. Eyni zamanda Türkiyədən dəvət olunınuş, Berlin Universitetinin məzunu doktor Xəlil Fikrət psixologiya və pedaqogikadan, İstanbul Universitetinin məzunu İsınayıl Hikmət və Tofiq Hikmət türk ədəbiyyatı tarixindən, həmin universitetin məzunu İsmayıl Novruz və Süleyman Səlim isə təbiyyat və coğrafiyadan mühazirə oxuyur, praktik məşğələlər aparırdılar.
Xalq Maarif Komissarlığının təşəbüssü ilə istedadlı milli elmi-pedaqoji qüvvələrin ali məktəblərə cəlb edilməsi nəticəsində Ali Pedaqoji İnstitutun müəllim heyətinin tərkibi azərbaycanlı gənc müəllimlər hesabma daha da möhkəmlənirdi. İnstitutun ilk direktoru F.Ə.Rzabəylidən (1921-1924) sonra həmin vəzifəyə Məmməd Əfəndiyev (1924) təyin edildi. Ondan sonra həmin vəzifədə qısa bir müddətdə Həbib bəy Mahmudbəyov, Şərif Manafov və Cəlil Məmmədzadə (1925-1927) çalışdılar.
Məmməd Əfəndiyev
1923-24-cü tədris ilində Ali Pedaqoji İnstitutun 28 nəfərdən ibarət ilk buraxılışı oldu. Azərbaycanın və qonşu respublikaların müxtəlif yaşayış məntəqələrindən gəlib təhsil alan gənclər öz doğına yerlərinə və müəllimə daha çox ehtiyac olan rayon mərkəzlərinə -Xalq Maarif orqanlarının sərəncamma göndərildilər. Məzunların 14 nəfəri Təbiyyat-coğrafiya fakültəsinin təbiyyat şöbəsini, 9 nəfər fizika-riyaziyyat şöbəsini, 5 nəfəri Tarix-filalogiya fakültəsinin ədəbiyyat şöbəsini bitirmişdilər.
Azərbaycan SSR XMK-nın Kollegiyasının 1924-cü il 24 may tarixli iclasının qərarı ilə institutu bitirənlərin 3 nəfəri Bakı, 3 nəfəri Gəncə, 2 nəfəri Şuşa, 2 nəfəri Qazax, 1 nəfəri Naxçıvan müəllimlər seminariyalarına, qalanları isə digər maarif müəssisələrinə işə göndərildilər.
Görkəmli dövlət xadimi, o zaman Moskvada işləyən SSRİ MİK-nin sədrlərindən biri N.Nərimanov institutun ilk məzunlarını «Elmlərini yeni tamam etmiş müəllimlərə açıq məktub»la təbrik etdi. Təbrikdə deyilirdi:
«Əziz yoldaşlar, təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət (çətin) və məsuliyyətli bir vəzifədirsə, bunu da düşünınəlisiniz: insanın ruhunu ucaldan bir çox şey vardır ki, onun ən birincisi zəhmətdir. Mən istərdim, siz gələcək həyatınızda üç məsələyə diqqət edəsiniz:
Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevər olsunlar, yəni çətinlikləri başqasının yox, öz zəhmətləri ilə dəf etsinlər. Bunun üçün balalara təbiəti sevdirınək, onları təbiətin əlamətləri ilə maraqlandırınaq lazım gəlir.
Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər, fılankəsin xoşuna gəlmək üçün «qatığa qara» deməsinlər.
Amandır, yoldaşlar! Buna yaxşı fıkir veriniz. Mənsəbdən ötəri yalan söyləyən, gündə vicdanını satan «ikiüzlü» adamlar bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona görə də uşaqlarla daim əlaqədə olarkən hər kəlmənizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız, çünki uşaq gördüyünü tez götürər.
Biz iddiamızdan əl çəkmirik: Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalırsa, biz ona hər cəhətdən müəllim olacağıq. Beş ildən sonra Türkiyə, İran, Əfqanıstan üçün bizim müəllimlərimiz elm -fənn meydanında hazır olacaqlar. Ona binaən (görə) qeyrisinin lisanı (dili) altmda qalmaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmada ən çox siz müəllimlərə ümid bağlayıb məktəbi bitirınəyiniz münasibətilə sizi bir daha səmimi qəlbdən təbrik edirəm.
N.Nərimanov»
1924-25-ci tədris ilindən etibarən institut 4 illik tədris planı ilə işə başladı. Həmin vaxt orada 142 tələbə oxuyurdu. Ali pedaqoji təhsil müəssisəsinə təkcə respublikamızdan deyil, həmçinin qonşu müttəfiq və muxtar respublikalardan Orta Asiya, Dağıstan, Gürcüstan və Erınənistandan da oxumağa gələnlər var idi. 1925-ci ildə institutun pansionatmda yaşayan tələbələrin 125 nəfəri Azərbaycandan, 12 nəfəri Dağıstandan, 9 nəfəri Özbəkistandan, 5 nəfəri Türkmənistandan, 8 nəfəri Krımdan, 3 nəfəri Erınənistandan, 1 nəfəri isə Gürcüstandan idi.
Azərbaycan Ali Pedaqoji İnstitutun bir qrup müəllimi (1925-1926)
1924-25-ci tədris ilində institutun 27 nəfərlik ikinci buraxılışı, 1925-26-cı tədris ilində isə 56 nəfərlik üçüncü buraxılışı oldu. Ümumiyyətlə, üç buraxılışda 111 nəfər yüksəkixtisaslı müəllim hazırlanıb maarif orqanlarının sərəncamma göndərildi. Pedaqoji institutun professor-müəllim heyətinin həyatı getdikcə daha artıq dərəcədə norınal məcraya düşürdü. Lakin hələ problemlər az deyildi. Belə ki, pedaqoji institutun müstəqilliyi açıq şəkildə müqavimətlə qarşılanır, kollektiv yuxarı təşkilatların Xalq Maarif Komissarlığının, Azərbaycan partiya təşkilatnın «direktiv xarakterli qərar və göstərişlərinə əməl etməmək»də təqsirləndirilir, rəhbərliyə tez-tez iradlar tutulur, başqa ali məktəblərdə, xüsusən də Bakı Universitetində olduğu kimi, burada da möhkəmlənməkdə olan amirlik metodlarının üstünlüyü açıq-aşkar hiss edilirdi.
20-ci illərin ikinci yarısında Pedaqoji İnstitutun mövcud fakültələrinin Fəaliyyətində müəyyən dəyişikliklər aparıldı. 1925-26-cı tədris ilində institutda tarix-ədəbiyyat (dekan prof. Ə.S.Übeydulin), təbiyyat-aqronomiya (dekan Səlimə Osınanzadə) və fizika-riyaziyyat (dekan Məmməd Əfəndiyev) şöbələri vardı. Həmin tədris ilinin əwəlində tarix-ədəbiyyat şöbəsi iki müstəqil şöbəyə: ədəbiyyat və tarix şöbələrinə ayrıldı. Tarix-ictimaiyyat şöbəsinin dekanı vəzifəsinə prof. Əziz Übeydulin təyin edildi. Həmin dövrdə institutda tələbələrin sayı 172 nəfərə çatmışdı.
1926-cı ildə Ali Pedaqoji İnstitutun 5 illiyi respublika ictimaiyyəti tərəfindən geniş qeyd edildi.
Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk aylardan qadmların ictimai və mədəni həyata cəlb edilməsi üçün imkanlar yaranınışdı. Lakin onların əksəriyyətinin savadsızlığı bu işin gerçəkləsınəsinə mane olurdu. Bunu nəzərə alan respublika hökuməti qadm müəllimlərin hazırlanınasına xüsusi əhəmiyyət verınəyə başladı. 1920-ci ildə Bakıda qızlar üçün Darülmüəllimatm açılması bu yolda atılan ilk addım idi. Qadmlara pedaqoji məktəblər həcmində təhsil verilməsi nəzərdə tutulurdu. Darülmüəllimata birinci tədris ilində 120, 1921-ci ildə isə 133 nəfər azərbaycanlı qız qəbul olundu. 1923-cü ildə həmin məktəbdə təhsil alan 213 nəfər azərbaycanlı qızm 11-i Şəkidən, 23-ü Şamaxıdan, 17-si Gəncədən, 8-i Salyandan, 13-ü Göyçaydan, 6-sı Ağdaşdan, 12-si Bakıdan, qalanları isə respublikanın digər rayonlarından gəlmişdilər. İxtisaslı qadm müəllimlərinin hazırlanınasında Şəfiqə xanım Əfəndiyeva, Zəhra xanım Şaxtaxtinskaya, Xədicə xanım Ağayeva, Azad Əmirov, Camo Cəbrayılbəyli və başqaları böyük əmək sərf etdilər. 1924-cü ildə Bakı Darülmüəllimatmı ilk dəfə olaraq 16 nəfər azərbaycanlı qız bitirdi ki, bunların 4-ü Şəkidən, 4-ü Şamaxıdan, 3-ü Qazaxdan, 1-i Lənkərandan, 2-si Bakıdan idi.
Pedaqoji İnstitutun müəllimlərindən bir qrupu
Ön sırada: Məmməd Əfəndiyev, Z.Hüseynov, Mirzə Möhsün İbrahimov, Həbib bəy Mahmudbəyov, Tağı Şahbazi, Səlimə Yaqubova (1926-1927-ci illər)
Azərbaycan hökumətinin 20-ci illərdə pedaqoji təhsil sahəsində gördüyü tədbirlərdən biri də qadmların ali pedaqoji təhsilinin təşkili idi. Yeni həyat quruculuğunda qadmların iştirakmı təmin etmək, xüsusilə təhsil almaları üçün geniş imkanlar yaratmaq vacib məsələlərdən biri sayılırdı. N.Nərimanov respublikada ali pedaqoji qadm təhsili müəssisəsinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Onun təşəbbüsü və köməyi ilə Bakıda Məktəbəqədər Qadın Tərbiyə İnstitutu açıldı. Azərbaycan Xalq Komissarları Sovetinin 1920-ci il 25 dekabr tarixli 11 saylı dekretində deyilirdi: «Məktəbəqədər tərbiyə sahəsində təcrübəli kadrlar və rəhbər işçilər hazırlamaq, həmçinin qadmlar arasında tərbiyə işlərini yaymaqdan ötrü 1921-ci ilin mart ayının 1-dən etibarən Bakıda birinci Azərbaycan Qadm Məktəbəqədər Tərbiyə İnstitutu açılsın».
İnstitut II dərəcəli məktəblər üçün qadm müəllimləri hazırlayırdı. Orada üç hazırlıq qrupu və iki ixtisas şöbəsi: ədəbiyyat və ictimaiyyat və təbiyyat şöbələri vardı. Institutda təhsil müddəti üç il idi. İnstitut açıldığı il oraya 30 nəfər qadm qəbul olunınuşdu. Azərbaycan Qadm Məktəbəqədər Tərbiyə İnstitutunun tələbələrinin çoxu oxumağa qəzalardan göndərilirdilər. İlk illər respublikada qadm kadrlara ciddi ehtiyacı və tam orta təhsilli qadmların azlıq təşkil etməsini nəzərə alaraq, instituta orta təhsilli olmayanlar da qəbul edilirdilər. İnstitutun rəhbəri A.N.Maginskaya, müəllim heyəti-Həsən Mirzə Camalov, Azad Əmirov, Həmid Şahtaxtinski, bir qədər sonra isə A.N.Lukyanova, K.A.Ordubadskaya, S.N.Xuramoviç (Talışinskaya), S.X.Osınanzadə, Z.M.Şahtaxtinskaya və başqaları idilər. Məktəbə xüsusi tədris korpusu ayrılmadığından dərslər Darülmüəllimatmm binasında keçirilirdi.
1921-22-ci tədris ilində institutda 54 tələbə vardısa, bir il sonra Onların sayı 115 nəfərə çatdı. Lakin Məktəbəqədər Qadm Tərbiyə İnstitutunun Fəaliyyəti çox davam etmədi. Respublikada ali təhsilli qadm müəllimlərə böyük ehtiyac olduğuna görə o, Qadm Pedaqoji İnstitutuna çevrildi. Azərbaycan XKS-nin 1922-ci il 29 noyabr tarixli dekretində deyilirdi:
«1. Bakı şəhərində mövcud olan Məktəbəqədər Qadm Tərbiyə İnstitutu türk dövlət dilində (Azərbaycan dilində) II dərəcəli məktəblər üçün qadm müəllimləri hazırlayan Ali Pedaqoji İnstituta çevrilsin.
2. Xalq Maarif Komissarlığı Kollegiyasının 13 iyun 1921-ci ildə Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutu haqqında qəbul etdiyi Nizamnamə Azərbaycan Qadm Pedaqoji İnstitutuna da şamil edilsin.
Azərbaycan SSR XKS-nin sədri Q.M.Musabəyov».
İnstitutun ilk direktoru vəzifəsinə Sara xanım Xuramoviç (Talışinskaya) təyin edildi. Məktəbəqədər Qadm Tərbiyə İnstitutunun bütün müəllim heyəti oraya köçürüldü. 1923-24-cü tədris ilində Azərbaycan xalq maarifı tarixində ilk dəfə olaraq Azərbaycan Qadm Pedaqoji İnstitutunu 17 nəfər ali təhsilli müəllim qadm bitirdi və Azərbaycan qəzalarına işə göndərildi. Bu o dövr üçün böyük nailiyyət və son dərəcə fovqəladə hadisə idi.
1926-cı ilin dekabr ayının 1-nə olan məlumata görə, respublikanın iki ali pedaqoji institutunda təhsil alan 302 nəfər tələbənin 165-i kişi, 137-si qadm idi. 302 nəfər tələbənin 287-si azərbaycanlı idi (bunların 150-si kişi, 137-si isə qadm). İki institutda cəmi 68 müəllim çalışırdı.
Ali Pedaqoji İnstitutun bir qrup müəllim və tələbəsi (1926)
Ali pedaqoji təhsilli kişi və qadm müəllimlərinin hazırlığının ilk mərhələsi müəyyən çətinliklərdən xali deyildi. Təsərrüfat-inzibati və maliyyə məsələləri ilə bağlı yaranan çətinliklər, pedaqoji təhsil ocaqlarının birləşməsi zərurətini gündəmə gətirirdi. Odur ki, Azərbaycan SSR XMK Kollegiyasının 1923-cü il 3 aprel tarixli qərarı ilə 1924-25-ci tədris ilində Ali Pedaqoji Kişi İnstitutu və Ali Pedaqoji Qadm İnstitutu inzibati cəhətdən Azərbaycan Pedaqoji İnstitutu şəklində birləşdirildi.
APİ-nin 1925-26-cı tədris ilində üçüncü buraxılışı oldu. İnstitutu 56 nəfər gənc azərbaycanlı oğlan və qız bitirərək respublikanın Xalq Maarifi sisteminə göndərildi.
Növbəti tədris ilinin (1926-27) sonunda Ali Pedaqoji İnstitutun 76 nəfərdən ibarət dördüncü buraxılışı oldu. Məzunların 18-i ədəbiyyat, 24-ü təbiyyat, 17-si riyaziyyat, 16-sı isə tarix-ictimaiyyat şöbələrini bitirdi. Bu, institutun Bakı Dövlət Universitetinin Pedaqoji fakültəsinin tərkibinə verilınəsi ərəfəsində son buraxılışı idi.
Ali Pedaqoji İnstitutun 20-ci illərin birinci yarısındakı yetişdirınələri içərisində sonralar görkəmli ictimai xadim və alim kimi forınalaşıb tanınan şəxslər -SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü M.M.Mehdizadə, SSRİ EA-nın müxbir üzvü Y.H.Məmmədəliyev, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü A.Abbaszadə, Azərbaycan EA-nın müxbir üzvü M.Ə.Cavadov, prof. T.H.Abdullayev, dosentlər: Ə.Hüseynzadə, V.Hacıyev, H.Rzayev, M.Abdullayev, M.Mədətzadə, şair Mikayıl Rzaquluzadə, respublikanın əməkdar müəllimləri H.Hacızadə, N.Nəcəfquluzadə, M.Bayramov və b. vardı.
Ali Pedaqoji İnstitutun məzunları (1927)                                                                   Bu dövrdə respublikanın ali məktəblərində elmi və pedaqoji kadrların kifayət qədər olmaması üzündən təhsil və təlim, əsasən, Sovet Rusiyasının elmi və ali təhsil müəssisələrindən dəvət olunınuş akademik heyət tərəfindən aparılırdı. Müttəfıq respublikaların qarşısında duran ümdə vəzifələrdən biri təhsili tədricən yerli əhalinin ana dilində (respublikamızda Azərbaycan dilində) aparınaqdan və onu milli zəmində qurınaqdan ibarət idi. Azərbaycanda milli dildə ümumtəhsil müəssisələri az idi. Ona görə də təhsili milliləşdirınək respublika əhalisinin mənafeyinə tam uyğun idi. Ali məktəblərdə tədrisin Azərbaycan dilində aparılması (türkləşdirilməsi) siyasəti 1922-ci ildən başlayaraq özünün müsbət nəticəsini verdi. Respublikanın ali məktəblərində 1924-cü ildən ardıcıl şəkildə həyata keçirilən bu siyasət on il müddətində başa çatmalı idi. Təhsilin milliləşdirilməsi siyasəti yerli millətlərin nümayəndələrindən ibarət elmi-pedaqoji kadrların yetisınəsinə diqqəti artırınaq zərurətini doğururdu. Əslində, rus dili ilə yanaşı, tədrisin Azərbaycan dilində aparılması xalqm ehtiyacları ilə bağlı idi. Sovet hakimiyyətinin 7 ili ərzində (1920-1927-ci illər) Azərbaycanın ali və orta ixtisas məktəbləri 3662 nəfər mütəxəssisə vəsiqə verınişdir, Onların yarısı, daha dəqiq desək, 1870 nəfəri ali təhsilli idi. Təsadüfı deyil ki, Onların da 41,7 faizini pedaqoji təhsilli mütəxəssislər xalq maarifı işçiləri və müəllimlər təşkil edirdi.
20-ci illərin ortalarında respublikanın Xalq Maarifı orqanlarının ehtiyaclarını qisınən təmin etmək mümkün oldu. İlk növbədə, müəllimlərin əməkhaqları artırıldı. 1924-25-ci tədris ilində respublikanın xalq maarifı orqanlarına 3699637 manat ayrıldı. Bunun 777499 manatı kənd müəllimlərinin əməkhaqqının ödənilınəsinə sərf edildi. 1925-26-cı tədris ilində həmin məbləğ 5659840 manata, 1926-27-ci tədris ilində 7038817 manata çatdırıldı. Ali məktəblərdə 1924-25-ci tədris ilində 894470 (30 faiz), 1925-26-cı tədris ilində 1291857 (30,9 faiz), 1926-27-ci tədris ilində 1316344 (49 faiz), 1927-28-ci tədris ilində isə 1346251 (23,8 faiz) manat vəsait xərcləndi.

1926-cı ildə Azərbaycan Dövlət Ali Pedaqoji Institutu tərəjindən Şuşa sakini Məhəmmədzadə Bəhmən Qərim oğluna verilmiş Şəhadətnamə
Görülən tədbirlər öz müsbət nəticəsini verdi və respublikanın müəllimlərinin tərkibində milli pedaqoji kadrların sayı ildən-ilə artdı. Əgər 1920-21-ci dərs ilində ali və orta təhsilli azərbaycanlı müəllimlər cəmi 3 faiz təşkil edirdisə, 1922-23-cü tədris ilində həmin nisbət 9 faiz, 1924-25-ci tədris ilində 43,6 faizə çatdırıldı.
Respublikanın 3 ali pedaqoji təhsil ocağında: Bakı Universitetinin Pedaqoji fakültəsində, Ali Kişi Pedaqoji İnstitutunda və Ali Qadm Pedaqoji İnstitutunda 1926-27-ci tədris ilində 877 nəfər tələbə oxuyurdu. Bu rəqəm o zaman respublikanın 5 ali məktəbində təhsil alan 5391 tələbənin 16,4 faizini təşkil edirdi.
Azərbaycanda pedaqoji kadrların hazırlanınasını yaxşılaşdırınaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan XKS-nin 1926-cı ilin iyun ayının 16-da keçirilən iclasında «Ali pedaqoji institutlarını yenidən təşkili haqqında» qərar qəbul edildi. Həmin qərar əsasında 1926-27-ci tədris ilinin sonunda Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadm institutları Bakı Universitetinin Pedaqoji fakültəsinə birləşdirildi.
1920-1927-ci illərdə respublikanın orta ixtisas və ali məktəblərini 1347 nəfər müəllim bitirınişdi ki, Onların da 587 nəfəri ali təhsilli idi. Bunlardan 389 nəfəri Bakı Universitetinin Pedaqoji fakültəsinin, 198 nəfəri isə Ali Pedaqoji İnstitutun payma düşürdü.

Bənzər yazılar