Meşələr kainatın “ağ ciyəri” hesab olunur.

Təbiət bizim sərvətimizdir,var-dövlətimiz həyatımızın bir hissəsidir. Biz onu qorumalı,inkişaf etdirməliyik.
Respublikamızda meşə sahələri
bəşər övladımızın evidir, ona görədə meşəni qorumaq daha da zənginləşdirmək insanların müqəddəs borcudur. Təbiəti qorumaq ümumdövlət, ümumxalq işidir.
Doğma yurdumuz Azərbaycan misilzis gözəlliklər diyarı ,zəngin təbiət muzeyidir. Onun təbiət
i, iqlimi, torpağı, florası və faunası son dərəcə müxtəlif və rəngarəngdir.
Yer planetində 11 iqlim tipinin 9-zu Azərbaycanda mövcuddur. Hər bir iqlim tipinin özünəməxsus təbii gözəlliyi vardır. Təbiət elə “sənət əsəri”dir ki, bu əsəri görməmək və duymamaq özü insanlıqdan kənardır. Bu gün biz bir ağacın budağını qırıprıqsa onu yaraladığımızın fərqinə varmırıq. Axı ağac da canlıdır, o da yaşamaq istəyir.
Yunan əfsanələrinə görə hər bir cavan oğlan evlənməzdən əvvəl zeytun ağacı əkməli idi. O, ağac bar verənə qədər becərməli. Yalnız ondan sonra evlənməli idi. Indiyə qədər də o adət-ənənə yaşamaqdadır. Doğrudanda hər bir ölkədə belə bir adət olsaydı Yer kürrəsi yam-yaşıl ola bilərdi.
23 may 2001-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. 2003- cü ildə isə “Əhalinin Ekoloji Təhsil və Marifləndirilməsi” haqqında AzərbaycanRespublikasının Qanunu qəbul edildi.
Meşələrin qorunmasında və bərpasıda şüurlu sürətdə iştirak etmək üçün yaşından asılı olmayaraq hər bir vətəndaş ekoloji biliklərə, ekoloji mədəniyyətə yiyələnməlidir.
Meşələr təbiət abidələridir. Təbiət abidələri dedikdə- xüsusi mühüfizə olunana nadir, relikt. əsrlərlə yaşı olan ağaclar nəzərdə tutulur.
Azərbaycanda təbiət abidələrindən yaşı 300-ü ötmüş 2083 ağac qeydə alınmışdır. Akademik Həsən Əliyevin rəhbərliyi altıda aparilan tədqiqatlar zamanı 2469 nadir qədim ağcın olması müəyyən edilmişdir.
Xatırladaq ki, bu tarixi abidələrdən bir qismi erməni işğalı altında olan ərazilərdəki meşələrdədir. Onların taleyi haqqinda hal-hazırda heç bir məlumatımız yoxdur.
Məktəbimizdə şagirdlərlə “meşələri qoruyaq” mövzusunda dəyirmi masa keşirdim. Dəyirmi masada  nadir və relikt bitkilər barəsində geniş diskusiya keçirildi. Təbiət abidələrinin qorunmasına diqqət artırmağın vacibliyin söyləndim.
Meşələr sanitariya məqsədilə qırılmalıdır. Bu məqsədlə qırılma meşənin tör-töküntülərdən təmizləmiş olur. Meşə nemətlərindən ərzaq kimi istifadə olunması da bu gün ən aktual məsələlərdəndir. Ekoloji cəhətdən təmiz qidanın əldə olunmasında meşələrin rolu əvəz edilməzdir. Meşədə yetişən meyvələrdən və digər qida üçün yararlı bitkilərdən insanlar istifadə edir və ərzaq qıtlığının qarşısını alırlar. Qoz,fındıq,şabalıd,çiyələk,zoqal, əzgil,göbələk və sair insanların süfrələrİni bəzəyən nemətlərdəndir. Kəklikotu, yarpız, adaçayi, əvəlik, dazıotu və bi çox başqa otlar xalq təbabətində geniş istifadə olunur .
Meşə nemətlərindən məktəbİmizdə təşkil olunan “Gənc meşəçilər”  dərnəyinin rəhbəri Əhmədova Sədaqət və üzvləri  Əhmədov Siracəddin və Əhmədov Fəxrinin birlikdə hazırladıqları eksponatı Təhsil Nazirliyini Ekologiya Tərbiyyə və Təcrübəçilik Mərkəzinə təqdim etdik. Mərkəzdə bəyənilən eksponat İtaliyanın Turin şəhərində 22-28 oktyabr 2014-cü il tarixində BMT-nin Ümumdünya ərzaq proqramı tərəfindən SLOW food-təmiz yemək proqramının təşəbbüsü ilə keçirilmiş “Ekoloji cəhətdən təmiz qida məhsulları”na həsr olunmuş Beynəlxalq sərgidə Təhsil Nazirliyi Ekologiya Tərbiyə və Təcrubəçilik Mərkəzinin görkəmli numayəndəsi Lalə Dadaşova tərəfindən nümayiş olundu.
Sərginin məqsədi bütün dünyada meşələrin təbii qida məsullarıdan hazırlanmış milli mətbəx nümunələri ilə diqqəti cəlb etmək idi. Ənənəvi meşə məhsullarından hazırlanmış milli yeməklər Azərbaycan kulinariyasından mühüm yer tutur. Məsələn; müxtəlif növ bəkməzlər, qoz, zoğal mürəbbəsi, qoz yağı, şabalıd, fındıq və qozdan hazırlanmış şirniyyatlar və milli yeməklər,     plovlar,çiyələk mürəbbəsi və kompotları.yemişan, əzgil, püstə və sair.
Eksponatda təbii meşə sərvətlərindən istifadə etdik.
Hazırladığımız eksponat sərgidə iştirakçıların xüsusi diqqətini cəlb etmiş və eksponata maraq göstərilmişdir. Əl işinin qeyri adiliyi dəfələrlə qeyd edilmişdir. Bir çox ölkələr eksponatı öz ölkələrinə aparmağı arzulamışlar. Misir nümayəndələri bu eksponatı öz ölkələrinə aparmışlar.
Meşə ehyiyyatlarının qorunması və artırılması gələcək nəsillərin kifayət qədər qida ilə təmin olunması üçün zəmin yaradır.

Şamaxı rayonu A.Alxanov adına tam orta
məktəbin biologiya muəllimi
Metodbirləşmənin sədri
Əhmədova Sədaqət.

Bənzər yazılar